sehiyye.info

Vəbadan ölüm halları 50% artıb - ÜST

Vəbadan ölüm halları 50% artıb - ÜST
2024-cü ildə vəbadan ölüm halları əvvəlki illə müqayisədə 50% artaraq 6 mini ötüb.

Sehiyye.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Ötən il qeydə alınan vəba hadisələrinin sayı 2023-cü illə müqayisədə 5%, ölənlərin sayı isə 50% çox olub.

2024-cü ildə vəba halları 60 ölkədə qeydə alınıb. Hadisələrin 98%-i Afrika, Yaxın Şərq və Asiya ölkələrində baş verib.

Qeyd edilir ki, 2023-cü ildə vəba 45 ölkədə qeydə alınmışdı.//publika



REKLAM