sehiyye.info

Son 5 ildə Azərbaycanda nə qədər abort qeydə alnıb? - Statistika

Son 5 ildə Azərbaycanda nə qədər abort qeydə alnıb? - Statistika
Son 5 ildə Azərbaycanda qeydə alınan abortların sayı açıqlanıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında təhlil aparıb.

Təhlilin nəticələri göstərir ki, 2024-cü ildə ölkədə abortların sayı 2023-cü il ilə müqayisədə 6% və ya 4 429 vahid artaraq rekord həddə, 78 245-ə çatıb. Son 5 ildə bu mənfi göstərici sürətlə artır. Lakin öncəki illərdə bu artım daha yüksək olub. Məsələn, 2023-cü ildə 2022-ci il ilə müqayisədə ölkədə abortların sayı 27.3% və ya 15 817 vahid artıb.

2020-ci ildə ölkədə abortların sayı 34 719-ə bərabər olmuşdu. 2024-cü ildə qeydə alınan abort sayı həmin dövrlə müqayisədə 2.3 dəfə çoxdur. Ümumilikdə 5 il ərzində ölkədə qeydə alınan abortların ümumi sayı 291 656 olub.//24 nevs



REKLAM