Ölkədə "Vəba" epidemiyası başladı: Səhiyyə Nazirliyi məlumat yaydı (FOTOLAR)
Uqanda "Vəba" epidemiyası yayılıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyi ölkədə "Vəba" epidemiyasının baş verdiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, Namayingoda 3 nəfərdə "Vəba" aşkar edildiyi və bu şəxslərin müalicə olunduğu bildirilib.
Digər tərəfdən, vətəndaşlar epidemiyadan qorunmaq üçün gigiyena qaydalarına əməl etməyə çağırılıb.
Bildirilib ki, "Vəba" epidemiyasından 4 nəfərin ölməsi xəbərinin əsassız olduğu da vurğulanıb.
Ötən il Uqandada başlayan "Vəba" epidemiyasında ən azı 20 nəfər ölüb.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan "Vəba" orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Təmiz suya olan ehtiyacın ödənilə bilməməsi və təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.
Qeyd edək ki, Afrika ölkələri arasında Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Cənubi Afrika Respublikası, Mozambik, Nigeriya, Keniya və Somali vəba epidemiyasından ən çox təsirlənən ölkələr sırasındadır.//manşet.az