sehiyye.info

Oturaq həyat təhlükəlidir. Həkim məsləhəti

Oturaq həyat təhlükəlidir. Həkim məsləhəti
İndiki zamanda bir çoxumuz oturaq həyat keçirir. İşdə otur,avtomobildə otur,evdə otur, parkda otur və s.
Bəs bu oturaq həyat bizə hansı xeyiri və hansı ziyanı var ?
Bu dəfə günümüzün aktual mövzusu ilə əlaqədar Sehiyye.infonun ekspert həkimi Nərminə Abbasova oxuculara öz fikirlərini bildirəcək.
Bəli, təəssüf ki, orta yaşdan yuxarı insanların çoxu oturaq həyata üstünlük verir. Oturaq həyatın fəsadları xeyirindən daha çoxdur.
Alimlərin fikrincə uzun müddət oturmaq hemoroid, prostatit, osteoxondroz, varikoz genişlənmələri, piylənmə kimi fiziki hərəkətsizlik və zəif duruşla əlaqəli bir sıra xəstəliklərə, həmçinin onurğa sütununda problemlər (yırtıqlar, ağrılar) və yavaş metabolizmə səbəb olur. Bu xəstəliklərin inkişaf riskini azaltmaq üçün oturmağı fiziki fəaliyyətlə əvəz etmək və duruşunuzu izləmək vacibdir.
Təsadüfi deyil ki, professor Adil Qeybulla bu yaxınlarda hərəkətsizliyin oynaqlarda problem yaratması barədə müsahibə verib.
Bundan əlavə Amerikalı həkimlər belə qənaətə gəliblər ki, oturaq vəziyyətdə gündə üç saatdan artıq keçirən adamın ömrü orta hesabla iki il azalır.
Nərminə Abbasova bildirdi ki, adətən davamlı oturanlarda baş verən 5 xəstəlik özünü göstərir.
Əvvəllər hesab olunurdu ki, müntəzəm idman uzun müddət oturmağın zərərini neytrallaşdırmağa kömək edir, lakin son araşdırmalar oturaq həyat tərzinin zərərinin yığıldığını təsdiqləyir. İndiki vaxtda həkimlər əmindirlər ki, sağlamlığınızı qorumağın yeganə yolu gün boyu oturmağa fasilələr vermək və idman etməkdir.
Təbii ki,burada yaş həddi əsas rol oynayır.Cavanlarda bu xəstəliklər hiss olunmur. Əsasən 40 yaşdan sonra diqqətli olmaq lazımdır.Hətta kompyuter arxasında çalışan adamlar belə, hər bir saatdan bir durub həırəkət etməli,çay ,kofe içib,yenidən işinə davam etməlidir.

Oturaq həyat təhlükəlidir. Həkim məsləhəti

Xəstəliklərdən biri şəkərli diabetdir.

Avropada aparılan bir araşdırma göstərdi ki, oturmağa nə qədər az vaxt sərf etsək, şəkər xəstəliyinə tutulma riskimiz bir o qədər azalır. Tədqiqat müəlliflərinin fikrincə, bu, müntəzəm idmanla müqayisədə daha təsirli strategiyadır: oturmağa nə qədər çox vaxt ayırırıqsa, qan şəkəri və xolesterinin səviyyəsi bir o qədər yüksək olur.

Digər xəstəliklərdən biri isə ürək damar xəstəlikləridir.

Avstraliyalı mütəxəssislər 45-65 yaş arası 63.000-dən çox böyüklərin iştirak etdiyi bir araşdırma aparıb.Məlum olub ki,hər gün dörd saat və ya daha az oturanların hipertoniya, ürək xəstəliyi və ya damar xəstəliklərinə tutulma ehtimalı son nəticədə yarıya qədər aşağıdır. Bunu Britaniya alimləri də təsdiq edib.

Başqa bir xəstəlik də onurğa, əzələlər, oynaqlarla bağlı problemlərdir.

Uzun müddət narahat vəziyyətdə qaldığınız zaman onurğa sütunu əziyyət çəkir. Əzələlər onu fizioloji vəziyyətdə saxlaya bilmir. Fəqərələr boşalır, fəqərəarası yırtıqlar əmələ gəlir.
Uzun müddət kompüter arxasında oturanlar onurğanın boyun nahiyəsində, eləcə də dominant əlin biləyində ağrı hiss edirlər.
Boyun ağrısı əzələ gərginliyindən qaynaqlanır. Əgər tədbir görməsəniz, əzələlər onurğa sütununu "çəkəcək" və bu, onun qeyri-sabitliyinə gətirib çıxaracaq və disk yırtığının meydana gəlməsinə səbəb ola bilər.
Nərminə həkim sonda qeyd etdi ki, -" Çalışın daima hərəkətdə olasız. Oturaq işiniz olsa bellə tez tez durub,hərəkət edin.Evdə,işdə, həyətdə gəzmək, nə iləsə məşğul olmaq lazımdır."

Mayomed Tibb Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207



REKLAM