sehiyye.info

Oturaq iş qocalıqdakı koqnitiv pozuntu riskini azaldır

Oturaq iş qocalıqdakı koqnitiv pozuntu riskini azaldır
Həyatı boyu oturaq işdə çalışanların ahıl yaşlarda koqnitiv pozuntuya məruz qalmaları ehtimalı aşağıdır.

Sehiyye.info xəbər verir ki, bu qənaətə ABŞ-ın Kembric Universitetinin araşdırmaçıları gəliblər.

Mütəxəssislər yaşı 40-79 arası olan 8 500 nəfərin həyat tərzini təhlil ediblər. Onların hamısının müxtəlif təhsili və geniş çevrəsi olub. İştirakçılar sağlamlıq, həyat tərzi və maraqları barədə anket doldurublar. Sonra könüllülər müayinədən keçiblər: onların iş və işsonrası fiziki aktivliyi araşdırılıb.

Eksperiment uzunmüddətli olub. Belə ki, 12 il keçəndən sonra araşdırmaçılar iştirakçıların vəziyyətini yenidən incələyib, bir sıra testlər keçiriblər. Testlərin vasitəsilə onların yaddaş, diqqət, mətnoxuma sürəti və məlumatı qavrama kimi koqnitiv bacarıqları yenidən gözdən keçirilib.

Məlumata görə, həmişə ofisdə işləyənlər ən yüksək nəticələrə nail olublar - belələri 10% idi. Fiziki işlə məşğul olanlar isə öz nəticələrini üç dəfə pisləşdiriblər.

Bununla belə, alimlər qeyd ediblər ki, nəticələrə baxmayaraq, fiziki məşğuliyyət sağlamlıq üçün vacibdir.//report



REKLAM