sehiyye.info

Xalq arasında duzlaşma- boyun ostexondrozu barədə...Həkim məsləhəti

Xalq arasında duzlaşma- boyun ostexondrozu barədə...Həkim məsləhəti
Bir çox insan boyunda duzlaşma və ya ostraxandrozdan əziyyət çəkir.Bu ən çox səhərlət yuxudan oyandıqda hiss olunur.
Bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova Sehiyye.info saytına öz fikirlərini söylədi :
Osteoxondroz onurğanın toxumalarının degenerativ-distrofik zədələnməsidir, fəqərəarası disklərin, fəqərə cisimlərinin və faset oynaqlarının deformasiyasına və məhvinə səbəb olur. Tipik olaraq, degenerativ proseslər ilk növbədə sümüklərə və oynaqlara təsir göstərir. Bu xəstəlik bel ağrısının ən çox görülən səbəblərindən biridir.
Boyun ostexondrozu isə əsas əziyyət verən xəstəliklərdəndir.
Xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan patalogiya tibbi olaraq osteoxondroz adlandırılır. Onurğanın boyun şöbəsinin hərəkət seqmenti fəqərə arası disk, faset və unkovertebral adlandırılan oynaqlardan təşkil olunmuşdur. Boyun fəqərələrinin degenerasiyası fəqərə arası diskdən başlayır və bu digər qonşu oynaqlarda ikincili dəyişikliklərə səbəb olur.
Bu xəstəlik proqressiv onurğa beyni və sinir kökü sıxılmasının ən yayğın səbəbidir. Spondilolitik müddətdə boyun hərəkətlərində məhdudiyyət, ağrı və ya nevroloji defisitler (radikülopatiya və ya miyelopatiya) yaranır. Spondilozdakı digər nadir sindromlar isə udqunma problemləri və vertebro bazilyar çatmamazlıqdır(baş hərlənmə, qulaqlarda səs-küy, yıxılmalar), Horner sindromu, faset sendromu, atlantoaksiyal osteoartrit və servikal qeyri stabilitədir.
Boyun osteoxondrozunun səbəbi nələrdir?
Yaşlanma, günlük həyatın gərilimləri, boyun hərəkətləri və pozisiyaları, makro və mikro travmalar və psixoloji gərginliklər diskin quruluşunu və qidalanmasını pozmağa və sonunda dəyişik dərəcələrdə diski degenerasiya etməyə yönəlik faktorlardır. Uşaqlıq çağında keçirilən infeksiyalar və immun sistemindeki çatışmamazlıqlar da disk degenerasiyası (kirəclənməsi) yaradan faktorlar ola bilər.

Xalq arasında duzlaşma- boyun ostexondrozu barədə...Həkim məsləhəti

Boyun osteoxondrozunun (kirəclənməsinin) əlamətləri nələrdir?
Əlamətlər adətən özünü 18 yaşından etibarən göstərəbilir və simptomların biruzə vermə ehtimalı yaş artdıqca daha çox artar. 50 yaşından sonra bir xeyli dərəcədə ciddi simptomlar meydana gəlir. Başlıca əlamətləri:


boyun ağrısı
baş ağrısı
qol ağrısı
əllərdə uyuşma- keylik
əzələ spazmı
həssasiyyət və hərəkət məhdudluğudur.
Ağrı boyundan başa da yayılabilir. Spondilyoza bağlı səhər tutuqluğu qısa müddətlidir. Əksər hallarda səhər tutuqluğu bir neçə dəqiqədə keçib gedir. Sinir kökü sıxılması olduğu zaman qola yayılan ağrı, uyuşma, qarəşqa gəzmə hissiyyatı, soyuq və ya isti hissiyyatı, iynələnmə olur. Onurğa beyni sıxılması olarsa yürümə çətinliyi yaranır. Boyundan beyinə geden damarların sıxılması nəticəsində damarlarda daralma baş verir ki bu da özünü baş hərlənmə, qulaqlarda səs- küy, bulanıq görmə, baş ağrısıyla biruzə verir.

Müalicəsi barədə
Boyun ağrılı xəstələrdə çox geniş istifadə olunan müalicə üsullarından biri fizioterapiyadır.
Fizioterapiya ağrılı əzələ spazmını azaldır, qan dövranının artırır, kontrakturaları və yapışıqlıqları sərbəstləşdirərəkdən xəstəyə eyni zamanda psixoloji bir rahatlıq verir.
Mütəmadi idman
İdmanın osteoxondrozda, onun gələcəkdə irəliləməsinin qarşısının alinmasında mühüm əhəmiyyəti vardır. Egzersizlər xəstənin özünü daha çox gümrah hiss etdiyi saatlarda olunmalıdır. Bu əsasən səhər erkən saatlarıdır. Egzersizden öncə isti uygulama, əzələ kövşədici və analgeziq dərman verilməsi egzersizin daha rahat icra olunmasına yardımcı olur. Osteoxonrozun irəliləməsinin qarşısını almaq üçün xəstələr marifləndirilməlidirlər. Xəstə maarifləndirilməsində önəmli yerə duruş pozisiyaları və gündəlik yaşayışdakı hərəki aktivliklərdəki incə məqamlara diqqət vermək önəmlidir.
Yay aylarında dəniz qumu və günəş çox xeyirlidir.

Mayomed Tibb Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207



REKLAM