Narsisizm nədir və niyə insanlar bu xəstəliyə tutulur ?
Əvvəlcə narsisizmin nə olduğunu aydınlaşdırmaq lazımdır.
Narsisizm, yəni özünəvurğunluq bir çox şəxsi xüsusiyyətlərin bir araya gəlməsi nəticəsində meydana çıxır və bu xüsusiyyətlər əslində çox adamda var.
Onların yüksək ölçüdə olması tibdə narsistik şəxsiyyət pozuqluğu adlanır.
A very proud businesswoman pointing at herself with both forefingers, in a desk, at office.Şəklin mənbəyi,Getty Images
Şəxsin narsisist olduğunu nədən bilmək olar?
Narsistik şəxsiyyət pozuqluğu üzrə mütəxəssis, britaniyalı terapevt Tennyson Lee deyir ki, psixiatorların istifadə etdiyi peşə kitabçasında bu xəstəliyin doqquz əlaməti göstərilib:
təkəbbür - uğurlarını və qabiliyyətlərini şişirdir;
böyük uğur, güc, ağıl, gözəllik və ya böyük sevgi xülyaları uydurur;
xüsusi və əvəzolunmaz biri olduğuna inanır;
çox bəyənilmək istəyir;
xüsusi münasibətə layiq olduğunu düşünür;
öz maraqları üçün başqalarından istifadə edir;
empatiyadan uzaqdır;
başqalarının uğurlarını qısqanır;
başqalarına qarşı sayğısız davranır, özündən razı davranışlar sərgiləyir.
Böyük ehtimal, sizin də ətrafınızda bu xüsusiyyətlərə malik insanlar var.
Amma Lee deyir ki, "şəxsiyyət pozuqluğu bu xüsusiyyətlərin özünə və ya ətrafındakılara zərər verəcək həddə təzahür etməsidir".