Yuxuda biri ilə münasibətə girmək nəyin əlamətidir? - Mütəxəssislər izah etdi
Bir çox insanları yatdıqları zaman qəribə yuxular görürlər. Bunlardan biri də yuxuda kiminləsə münasibətə girdiyini görməkdir.
Sehiyye.info xarici mediaya istinadən xəbər verir, mütəxəssislər bununla bağlı araşdırma edib.
Cinsi yuxularda insanlar özlərini ağlına belə gətirmədikləri insanlarla birlikdə görürlər. Onlar yuxudan oyananda və yuxularını xatırlayanda utanırlar. Xəyallarını heç kimə deyə bilmirlər.
Yuxularında gördükləri adam tanıdıqları biri olsa, özlərini günahkar hiss edə bilərlər.
Mütəxəssislər qeyd edir ki, əslində yuxunuza birinin girməsi və onunla cinsi əlaqədə olmanız o insanla yaxınlıq etmək istədiyiniz demək deyil. Bu adamın, yəqin ki, heyran qaldığınız, sizdə olduğunu düşündüyünüz, lakin tam əmin olmadığınız bir şəxsiyyət xüsusiyyəti var. Bu xüsusiyyətlər liderlik, nəzakət, dəb zövqü, istedad kimi xüsusiyyətlərdən biri ola bilər.
Mütəxəssislərin fikrincə, insanın öz qabiliyyətlərini və şəxsiyyət xüsusiyyətlərini üzə çıxarması da insanı həssas edir. Bu, insanın cinsi əlaqə zamanı yaşadığı zəiflik növüdür.
Cinsi yuxuların bəziləri insanın özünü həyata keçirmə, tam ifadə etmək istəyinin ifadəsi olaraq görülür. Real həyatda olmaq istədikləri insan ola bilməyən, əslində sahib olmaq istədikləri qabiliyyətləri nümayiş etdirməyən insanların arzuları yuxularında görünür.
Cinsi yuxular düşünüldüyündən daha mürəkkəbdir. Çox vaxt insanın şəxsi istəklərini və qorxularını əks etdirir.//azxeber