Qabığı da faydalı olan narıngidən gündə neçə dənə yemək olar? - Həkim tövsiyəsi
Narıngilər təkcə dadlı qış meyvələri deyil, həm də bir çox faydalı maddələrin mənbəyidir. Bununla belə, onu da ehtiyatla istehlak etmək lazımdır.
Sehiyye.infonun gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı tibb elmləri doktoru Aleksey Bereznikov xəbərdarlıq edib.
Həkim ilk növbədə, bu meyvənin faydaları barədə məlumat verib, bildirib ki, narıngilər immun sistemini gücləndirən "C" vitamini, həmçinin göz, sinir sistemi və dəri sağlamlığı üçün vacib olan "A", "B6" və "E" vitaminləri ilə zəngindir.
"Narıngilərdə olan antioksidantlar hüceyrələri zədələnmədən qoruyur və yaşlanmanı yavaşladır. Bundan əlavə, onlar həzm və ürək üçün faydalı olan lif, kalium və maqnezium tərkiblidir. Narıngilərin aşağı kalorili olması onları arıqlama pəhrizinə daxil etməyə imkan verir. Narıngilərin tərkibində iltihabı azaldan və qan dövranını yaxşılaşdıran limonene və hesperidin fitonutrientləri var", - deyə o izah edib.
Mütəxəssis bu meyvələrin qabığının da bir sıra faydalı xüsusiyyətlərə malik olduğunu vurğulayıb.//oxu.az