Boşanma uşaqlara vurduğu yaralar - Psixoloji travmanın qaranlıq tərəfləri
"Boşanma halları uşaqlarda travmalar yaradır. Məsələn, özünə qapanma, intihara meyillilik, təhsildə zəifləmə, evdən qaçma, aqressiya və s. Bəzən isə əksinə hallar ola bilir".
Sehiyye.info bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya" qadınlara yardım İctimia Birliyinin sədri Mehriban Zeynalova deyib. Sədr bildirib ki, travmalar yaş qrupunun psixoloqiyasina uygun olaraq hərədə bir cür özünü göstərə bilər:
"10 yaşına kimi uşaqlarda daha çox qorxu, yalan danışma, təhsildə ləngimə və s. belə hallar aşkarlanır. Ailələrdə tərəflər arasında boşanma ağırılı keçə bilir. Yəni uşaqlar alışdıqları sevgi mühitindən ayrılmağın, komfort zonalarını itirməklərinin ağrısını çəkirlər. Onları tək sevgi yox, tərəflərin hər ikisinin sevgisi güclü edə bilir. Yox, əgər boşanmaya qədər dövrdə uşaqlar sevgi və qayğını yalnız bri tərəfdən alıblarsa, sevgi verən tərəf yalnız ana olubsa, onlarda bu, elə də travma ilə keçmir".
Sədr əlavə edib ki, üçüncü hal uşaqlarla manipulyasiyadır:
"Bu, uşaqlara travmadan çox şəxsiyyət inkişafında böyük zədə qoyur, onlar manipulyasiyanın qurbanına çevrilir və bir müddətdən sorna tərəflərin bir-biri ilə qərəzinin qurbanı olduqlarını anlayırlar. Belə hallarda ailədə zorakılıq faktları olubsa, təbii ki uşaqlar bəzən güclü tərəfi seçməyə üstünlük verə bilirlər. Baxmayaraq ki, ana və ya ata uşağı sevib, daha çox ona qayğı göstərib, amma uşaq nədənsə güclünün yanında olmağı və özünü təhlükəsiz hiss etməyi seçə bilir".
Mehriban Zeynalova hesab edir ki, belə hallarda hadisələr və situasiyalar fərqli ola bilir:
"Ən vacibi uşaqları manipulyasiyadan qorumaqdır. Şəxsi maraq və qəzəblərinə görə uşaqlarla manipulyasiyanın sayı artır. Valdieynlər uşağın psixoloji durumu və onun inkişafını yox, daha çox öz güclərini və eqolarını göstərməyə çalışırlar. Bu isə uşağın şəxsiyyət kimi inkişafında böyük travma yarada bilir".
Sədrin sözlərinə görə, psixoloqlar, sosial işçilər belə halları aşkarlayan kimi uşağın boşanma dövründə valideyndən uzalaşdırılması məsələsini qaldırmalıdır:
"Təəssüf ki, bizdə qanunvericilik tam bu məsələyə hazır deyil".