Marketdə başına gül kələmi düşdü – Xəstəxanalıq oldu
Supermarketdə başına gül kələmi düşən qadın travma alıb.
Sehiyye.info xəbər verir ki, İngiltərədə baş verən hadisədə evadar qadın Sammi Ray alış –veriş edərkən, tərəvəz bölməsində yuxarı rəfə düzülən gül kələmlər onun başına düşüb və o, zərbədən huşunu itirib.
Zərərçəkəni güclü baş ağrıları ilə xəstəxanaya yerləşdiriblər. Mağaza isə qadından üzr istəyərək, ona 25 avroluq çek verib.
Bundan qəzəblənən xəstə məhkəməyə üz tutub.
“Mən hələ də sağalmamışam, işləyə bilmirəm və çox pisəm” – deyə Maya şikayətlənib//bakupost