Kişinin başına dəmir parçası düşdü
Sehiyye.infonun məlumatına görə, hadisə sentyabrın 21-də axşam saatlarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” mühafizə idarəsində baş verib.
İdarədə mühafizəçi çalışan 1984-cü il təvəllüdlü E.M. növbədə olarkən başına dəmir parçası düşüb.
O, aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Oxu.az)