İki övladını şizofreniya dərmanı ilə zəhərləməyə cəhd edən ana saxlanıldı
Anaları tərəfindən şizofreniya dərmanı ilə zəhərləməyə cəhd edilən qardaş və bacı xəstəxanaya yerləşdirilib.
Sehiyye.info xəbər verir ki, hadisə Fransada baş verib.
Fransalı qadın oğlunu və qızını dərmanla zəhərləməyə cəhd etdiyi üçün saxlanılıb.
Məlumata görə, ötən gecə Eson şəhərindən olan 13 yaşlı oğlan və onun 17 yaşlı bacısı ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Məlum olub ki, ana uşaqlarına ölümlə nəticələnə biləcək dozada antipsikotik dərmanlar verib. Bu dərmanların şizofreniya və bipolyar kimi bəzi psixi pozğunluqları müalicə etmək üçün istifadə edildiyi bilinir.
43 yaşlı qadın hadisə yerində tutularaq müayinə olunmaq üçün psixiatriya xəstəxanasına göndərilib. Ekspertlər belə qənaətə gəliblər ki, şübhəli şəxs səhhətinə görə həbsdə saxlanıla bilməz. Beləliklə, ana da xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//medicina