sehiyye.info

Hamilə qadın uşağını məhv etmək üçün özünü damdan atdı –ŞOK HADİSƏ

Hamilə qadın uşağını məhv etmək üçün özünü damdan atdı –ŞOK HADİSƏ
Psixoloji problemi olduğu bildirilən 4 uşaq anası hamilə qadın, bətnindəki 7 aylıq körpəsini tələf etmək üçün özünü damdan atıb.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, tükürpərdən hadisə Ərzincanın Qazi Məhəlləsində baş verib. Əslən Əfqanıstandan olan 33 yaşlı qadının daha əvvəl, elə Əfqanıstanda yaşayarkən siçan zəhəri içərək intihara cəhd etdiyi bildirilir. Bu gün isə özünü 3 metr hündürlüyündə olan evin damından ataraq ikinci dəfə intihara cəhd edib.

Amma qadının ayağına dolanan paltarların asıldığı ip onun yerə sərt şəkildə dəyməsinin qarşısını alıb. Hadisə yerinə gələn xilasetmə qrupu qadını təcili xəstəxanaya çatdırıb. İlk tibbi yardım göstərilib. Yaralanan qadının sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilsə də, körpənin həyati təhlükəsinin davam etdiyi bildirilir. Hadisə ilə bağlı istintaq başladılıb.



REKLAM