Bakıda xəstəxanaya çatdırılan 1 yaşlı uşaq öldü
Bakıda özəl klinikada 1 yaşlı uşaq ölüb.
Sehiyye.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami rayonu E.Süleymanov küçəsində yaşayan 2002-ci il təvəllüdlü Z.Əmirbəyov ağır vəziyyətdə yaxınlıqdakı “Məlhəm” klinikasına çatdırılıb. Lakin az sonra, körpə vəfat edib.
İlkin məlumata görə, 1 yaşlı uşaq xəstəxanaya gətirilərkən aqonal (qıcolma) vəziyyətdə olub.
Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.