İsti yay günlərində hamilə qadınlar nə etməlidir ?
"Hava temperaturunun yüksəlməsi, havadakı rütubətin dəyişkənliyi, mayenin tər və s. ifraz edilmə yollarıyla itirilməsi, günvurma-istilikvurma kimi amillər ana, həm də inkişaf edən dölün sağlamlığına təsir edə bilər. Bu fəsildə həkim tövsiyələrinə riayət edərək, hamilə qadınların isti havalarda sağlam və rahat hamiləlik keçirmələri üçün əlavə tədbirlər görmələri çox vacibdir".
Sehiyye.info xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında həkim-prenatoloq Dilarə Zeynalova deyib.
İsti havalarda hamilə qadınların sağlamlığından danışan həkim bildirib ki, yay istisi iştaha və yemək seçimlərinə təsir edir:
"Məlumdur ki, artan hava hərarətinin təsiri ilə iştah azalır. Bununla da, hamilə qadınların orqanizmi üçün lazımı mineral və vitaminlərin qəbulu da çətinləşir. Digər tərəfdən, tər ifrazı bədən üçün lazımlı elektrolitlər olan sodium, potassium, və maqneziumun bədəndən xaric olmasına gətirib çıxarır. Bu elektrolitlər maye balansı və əzələ inkişafı üçün çox vacibdir.
İştahın bərpası və bədənə lazımı mineral və vitaminlərin qəbulu üçün yeməklərin az miqdarda və tez-tez qəbulu tövsiyə edilir. Hamilə qadının gündəlik rasionunda zülallar, karbohidratlar, yağlar, vitaminlər və minerallar olmalıdır. Eyni zamanda, balansı saxlamaq şərtilə mikroelementlərlə zəngin olan meyvə-tərəvəz və giləmeyvələrə üstünlük verilməlidir.
Düzgün qidalanmaya məhəl qoymamaq qan azlığı (anemiya), hamiləlik və doğuş sonrası komplikasiyaların yaranmasına gətirib çıxara bilər. Uşağın azçəkili doğulması, inkişafdan qalması və s. əsas problemlər sırasındadır.
Ümumi olaraq, hamiləlik dövrü üçün yay aylarında yuxu və istirahət rejiminə xüsusi diqqət yetirmək, işıqlı və sərin mühitdə orta intensivlikli fiziki aktivlik, mütəmadi olaraq qan təzyiqini yoxlamaq və digər prenatal müayinələrdən keçmək tövsiyə olunur.
Yuxu və istirahət rejiminə xüsusilə diqqət yetirmək, yüngül və sərin ortamlarda idmanla məşğul olmaq, müntəzəm olaraq qan təyziqi və digər prenetal yoxlanışlarından keçmək tövsiyə edilir".
Qeyd edək ki, ÜST təsnifatına görə, "ağır ana xəstəliyi" hamiləliklə bağlı qadının orqanizminə güclü mənfi təsir göstərən və ya hamiləliyin gedişatını çətinləşdirən hər hansı bir vəziyyətdir.
Amerikalı tədqiqatçılar müəyyən edib ki, uşaq gözləyən ananın bədənində yüksək temperatura uzun müddət məruz qalma, xüsusilə üçüncü trimestrdə (28-dən 40-a qədər) ağır vəziyyətlərin riskini artırır.
Alimlər qeyd ediblər ki, soyuq mövsümdə (noyabrdan aprelə qədər) hamilə qalma qadınları maydan oktyabr ayına qədər hamilə qalanlarla birlikdə istilik təsirlərinə daha həssas edir. Onlar deyirlər ki, istilərin hamilə qadınların sağlamlığına təsiri, xüsusilə iqlim dəyişikliyindən ən çox zərər çəkən bölgələrdə təcili tədbirlər görülməlidir.//lent.az