sehiyye.info

Koronaya yoluxan hamilə qadınların 88 faizi... - Şok araşdırma

Koronaya yoluxan hamilə qadınların 88 faizi... - Şok araşdırma
COVID-19 test nəticəsi müsbət çıxan hamilə qadınların 88 faizində xəstəliyin simptomları özünü göstərmir.

Sehiyye.info xəbər verir ki, türkiyəli mütəxəssislərin araşdırmalarına görə, koronavirus testi müsbət olan hamilə qadınlarda qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və yorğunluq kimi yüngül simptomlar müşahidə edilə bilər. Lakin bu simptomlar 88 faiz qadında qeydə alınmır.

Hamilə olub, COVID-19 əlamətləri olan qadınlar diaqnoz üçün mütləq burun və boğazdan yaxma analizi verməlidirlər. Əgər qadının tənəffüs çatışmazlığı varsa, qarın nahiyəsini qorumaq şərtilə sinə rentgentomoqrafiyası aparılmalıdır.

COVID-in dərmanı olmadığını nəzərə alaraq, bu müddətdə hamilə qadınlar istirahət etməli, bol su içərək, sağlam qidalanmalıdırlar.//Teleqraf.com



REKLAM