İstidə infarkt riskini azaltmağın yolu
"İstidə infarkt riskini azaltmaq üçün kifayət qədər su içmək və həddindən artıq yeməmək lazımdır".
Bunu rusiyalı həkim terapevt Lyudmila Lapa yüksək temperaturda sağlamlıq problemlərindən qaçmağın yolu barədə danışarkən deyib.
Mütəxəssisin fikrincə, həddindən artıq yemək böyrəkləri, ürəyi və qan damarlarını həddindən artıq yükləyir. O əlavə edib ki, qan laxtalanması riski yüksək olan insanlar antikoaqulyantlar qəbul etməlidirlər.
"Çünki günəş altında olarkən qan laxtalanma riski yüksəkdir, xüsusən də su çatışmazlığı zamanı. Həmçinin, insult və infarkt riski də artır", - Lapa izah edib.
Terapevt qeyd edib ki, isti havalarda təmiz və ilıq su içmək daha yaxşıdır, çünki soyuq su içmək tənəffüs yollarının xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, baş geyimi, paltar və xüsusi vasitələrin köməyi ilə özünüzü günəşdən qorumalısınız.
Lapa xatırladıb ki, günvurma zamanı baş gicəllənir və yuxululuq yaranır.
"Bu anda mütləq skamyada oturmalı, çömbəlməməli və sərinləmək üçün bir neçə qurtum su içməlisiniz. Yaxşı olar ki, kimsə yelpik və ya dəsmal yelləsin və dərhal kölgəyə gedin", - deyə həkim məsləhət görüb.//oxu.az