sehiyye.info

İsti hava ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər üçün ölüm RİSKİ ARTIR

İsti hava ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər üçün ölüm RİSKİ ARTIR
Yay temperaturları özünü göstərməyə başlayır. Ancaq soyuq hava kimi isti hava da nəzərə alınmadıqda bir çox sağlamlıq problemlərinə səbəb olur. İsti havalarla gələn sağlamlıq problemlərindən biri də insultdur. Belə ki, həddindən artıq isti havalarda insult riski artır.

Sehiyye.info Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Helmholtz Münhen Araşdırma Mərkəzin rəhbərlik etdiyi qrup araşdırma aparıb.

Almaniyanın Auqsburq şəhərində 15 il ərzində qeydə alınan insult hallarının sayı ilə gecə temperaturu uyğunlaşdırılaraq, həddindən artıq isti günlərdə insult riskində statistik əhəmiyyətli artım aşkar edilib.

Yüksək qan təzyiqi, şəkərli diabet, yüksək xolesterin səviyyəsi, siqaret istehlakı, ürək ritminin pozulması, oturaq həyat, artıq çəki insult ehtimalını artıran faktorlardır. Belə problemləri olan insanlarda insult riski istiyə məruz qalma ilə daha da artır. İnsult riskinə qarşı isə çoxlu su istehlak edilməlidir.



REKLAM