sehiyye.info

Fizioterapiya ilə bir çox xəstəlikləri müalicə etmək olur.Həkim məsləhəti

Fizioterapiya ilə bir çox xəstəlikləri müalicə etmək olur.Həkim məsləhəti

Bəzi insanlarda xəstəliyin müalicəsində dərman yazılmayanda həkimə inamsızlıq yaranır.Elə zənn edirlər ki,dərman içməsələr sağalmayacaqlar.Lakin elə birmüalicə metodu mövcuddur ki,onunla bir sıra xəstəliklər müalicə olunur.
Bu fizioterapiyadır.
Sehiyye.info xəbər verir ki,bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova öz fikirlərini oxucularına çatdırır.Xatırladırıq ki,Nərminə Abbasova Bakıda xüsusi müalicə metodları ilə tanınan Fizioterapiya və Reabilitasiya Mərkəzinə rəhbərlik edir.

Fizioterapiya tibbdə bir müalicə metodu olaraq bir istiqamətdir, müalicə, profilaktika, reabilitasiya və bərpada istifadə olunan prosedurlar və təsir üsulları qrupudur. Xəstənin ümumi vəziyyətini yaxşılaşdırmaq və ya xüsusi, yaxşı nəticə əldə etmək üçün təbii, fiziki amillərdən və müxtəlif aparatlardan istifadə edilir.
Ağrı və narahatlığı aradan qaldırmaq.
Bir çox prosedur sedativ, rahatlaşdırıcı təsir göstərir və endorfinlərin istehsalını stimullaşdırır. Bu ağrıları aradan qaldırır və ümumi rifahı yaxşılaşdırır.

Fizioterapiya ilə bir çox xəstəlikləri müalicə etmək olur.Həkim məsləhəti
İmmunitet sisteminin aktivləşdirilməsi.
Demək olar ki, bütün fiziki müalicə üsulları müqavimət səviyyələrini artırır. Yalnız immunitet sistemi ilə işləməyə yönəlmiş bir sıra üsullar var.
Ayrı-ayrı orqan və sistemlərin, o cümlədən tənəffüs, ürək-damar, həzm, genitouriya və başqalarının işinin korreksiyası.

Mərkəzi sinir sisteminin təkmilləşdirilməsi. Fizioterapiya ümumi istirahət üçün və ya tonu, aktivliyi və performansı artırmaq üçün istifadə edilə bilər.
Onurğa xəstəliklərində fizioterapiyanın rolu
“Disk yırtıqlarının 75%-ini fizioterapiya ilə müalicə etmək mümkündür. Bəzi insanlarda elə təsəvvür var ki, fizioterapiya müalicəsi tez bir zamanda ağrını kəsmək üçündür. Amma fizioterapiyanın əsas işi ağrını tez kəsmək yox, müalicə etməkdir. Yəni bu müalicənin nəticəsi çox tez yox, bir müddət sonra hiss olunur. Ən əsası isə xəstə həkimin göstərişlərinə əməl etməzsə, fizioterapiyanın heç bir nəticəsi olmaz”.



Həkim deyir ki, digər bir vacib məsələ xəstənin həkimə nə zaman müraciət etməsidir. Təbii ki, çox gec, xəstəlik şiddətlənən mərhələdə müraciət edilirsə, problemin fizioterapiya ilə müalicəsi çətinləşir. Həkimin sözlərinə görə, bu zaman istər-istəməz cərrahi metod qaçılmaz olur.
Nərminə xanım onu da əlavə etdi ki, disk yırtıqları zamanı korsetlərdən istifadə əzələlərin zəifləməsinə və digər fəqərələrdəki yırtıqların böyüməsinə səbəb olur:

“Bir vacib amili də diqqətə çatdırmaq istəyirəm ki, hamilə qadınlar, onkoloji xəstələr və ürəyinə biostimulyator taxılmış insanlar üçün fizioterapiya əks göstəriş sayılır. Çox zaman fizioterapevtik, daha doğrusu elektroterapevtik müalicə prosedurları 10-15 gün müddətinə təyin edilir. Bu, doğru yanaşma deyil.
Qeyd edim ki, dünya standartlarında elektroterapiyanın müddəti 21 gündür. 7-8, 10 gün ərzində aparılan fizioterapiya problemi daha da oyadır, ağrıları artırır. Müalicəsini bu müddətdə başa çatdırmaq ağrını oyadıb, xəstəni yola salmaq deməkdir. Yalnız 20-21 gün aparılan müalicənin effektli ola bilər”.
Onu da qeyd etmək lazımdır ki,fizioterapiya ilə eyni zamanda bəzi dərman preparatlarının qəbulu mümkündür.O da immuniteti qaldırmaq,kalsium,yod,vitamin D kimi maddələrin çatışmazlığını aradan qaldırmaq üçün.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95




REKLAM