sehiyye.info

“Fizioterapiya bütün oynaqları və əzələləri işlədir"- həkim Nərminə Abbasova

“Fizioterapiya bütün oynaqları və əzələləri işlədir"- həkim Nərminə Abbasova

Passiv həyat,travma və bir çox xəstəliklər orqanizmin normal işləməsinə mane olur.Müxtəlif səbəblərdən oynaq və əzələ ağrıları yaranır.
Bunun üçün mütləq fizioterapiya kursları almaq lazımdır.
Bu sözləri tanınmış həkim terapevt Nərminə Abbasova Sehiyye.info saytına deyib.
Xatırlatmaq lazımdır ki,fizioterapiya müalicəsi biologiya, fizika, kimya, elektro-radiotexnika, biofizika, biokimya və kurort müalicələri ilə bağlı olan bir sahədir.
Müasir günümüzdə fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Fizioterapiya müalcəsi zamanı digər müalicələr kimi hər şey qeyd olunmalı və diqqətdə saxlanılmalıdır.
Ginekologiya, urologiya və zöhrəvi xəstələrə fizioterapevtik müalicə tətbiq edildikdə onlara fərdi yanaşılır. Müalicənin müddəti xəstəliyin başlanma tarixindən və ağırlıq dərəcəsindən asılı olur. Hamilələrə və azyaşlı uşaqlar diqqətlə yanaşma tələb olunur.
Fizioterapevtik müalicə xəstənin sağalmasını sürətləndirir və onun nadir hallarda fəsadlar meydana gəlir.
Müalicə bədən tərbiyəsi xəstələrin sağalmasına müxtəlif idman hərəkərlərinin tətbiqi ilə fayda verir.
Massaj bədənin istənilən nahiyəsinə tətbiq edilməklə sağalmanı sürətləndirir. Müalicə məqsədilə müxtəlif massaj növlərindən (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.) istifadə edilir.

Fizioterapiya tibbin müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən asılıdır. Fizioterapevtik müalicə üsullarından qədim dövrlrdən istifadə edilir.
Həkimin fikrinə görə beldə,onurğada yaranan problemlərin həllində də fizioterapiya önəmlidir.
“Disk yırtıqlarının 75%-ini fizioterapiya ilə müalicə etmək mümkündür. Bəzi insanlarda elə təsəvvür var ki, fizioterapiya müalicəsi tez bir zamanda ağrını kəsmək üçündür. Amma fizioterapiyanın əsas işi ağrını tez kəsmək yox, müalicə etməkdir. Yəni bu müalicənin nəticəsi çox tez yox, bir müddət sonra hiss olunur. Ən əsası isə xəstə həkimin göstərişlərinə əməl etməzsə, fizioterapiyanın heç bir nəticəsi olmaz”.


Həkim deyir ki, digər bir vacib məsələ xəstənin həkimə nə zaman müraciət etməsidir. Təbii ki, çox gec, xəstəlik şiddətlənən mərhələdə müraciət edilirsə, problemin fizioterapiya ilə müalicəsi çətinləşir. Həkimin sözlərinə görə, bu zaman istər-istəməz cərrahi metod qaçılmaz olur.
Nərminə xanım onu da əlavə etdi ki, disk yırtıqları zamanı korsetlərdən istifadə əzələlərin zəifləməsinə və digər fəqərələrdəki yırtıqların böyüməsinə səbəb olur:
“Fizioterapiya bütün oynaqları və əzələləri işlədir"- həkim Nərminə Abbasova
“Bir vacib amili də diqqətə çatdırmaq istəyirəm ki, hamilə qadınlar, onkoloji xəstələr və ürəyinə biostimulyator taxılmış insanlar üçün fizioterapiya əks göstəriş sayılır. Çox zaman fizioterapevtik, daha doğrusu elektroterapevtik müalicə prosedurları 10-15 gün müddətinə təyin edilir. Bu, doğru yanaşma deyil.
Qeyd edim ki, dünya standartlarında elektroterapiyanın müddəti 21 gündür. 7-8, 10 gün ərzində aparılan fizioterapiya problemi daha da oyadır, ağrıları artırır. Müalicəsini bu müddətdə başa çatdırmaq ağrını oyadıb, xəstəni yola salmaq deməkdir. Yalnız 20-21 gün aparılan müalicənin effektli ola bilər”.
Bundan başqa Nərminə xanımın dediklərinə görə,iflic olmuş,insultdan əziyyət çəkənlərə də fizioterapiya mütləqdir.Bəzi hallarda insanlar bunu dərk eləmir,maariflənmə zəif olduğundan xəstələr bu barədə məlumatsızdır.
Fizioterapiyanın xəstələrə vacibliyini biz həmişə deyirik . Onurğa problemləri olan,eləcə də bədənin müxtəlif yerlərində oynaq ,əzələ ağrısı,keyimə və s.varsa bizim Mayomed Fizioterapiya və Reabilitasiya Mərkəzinə gəlmələri tövsiyyə olunur.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95



REKLAM