sehiyye.info

Onurğa xəstəliklərinin müalicəsində istifadə olunan-Krioterapiya.Həkim məsləhəti

Onurğa xəstəliklərinin müalicəsində istifadə olunan-Krioterapiya.Həkim məsləhəti

Onurğa xəstəliklərinin müalicəsində müxtəlif üsullardan istifadə olunur.Bu barədə Sehiyye.infonun aparıcı mütəxəssisi,tanınmış həkim terapevt Nərminə Abbasova öz çıxışlarında danışıb.
Bu dəfə həkimin fizioterapiyada istifadə olunan və çox yaxşı nəticə verən bir metod barədə fikirlərini sizə təqdim edirik.
Bu metodlardan biri də krioterapiyadır.
Krioterapiya -130°C temperaturda soyudulmuş qazla(buz) orqanizmin dərisinin qısamüddətli təması əsasında aparılan fizioterapevtik prosedurdur. Kriyoterapiya bir sıra ciddi xəstəliklərin, məsələn, revmatoid artrit, bronxial astma, psoriaz və s. müalicəsində geniş istifadə olunur.
Ümumi krioterapiya (kriosauna, kriokamera) insan bədəninin bütün səthinin - 120 ° C-dən - 165 ° C-ə qədər olan temperatur diapazonunda maye azot buxarına qısa müddətli məruz qalmasına əsaslanan bir üsuldur. Bu prosedur xəstəni əhatə edir.
Bu üsuldan kosmetoloji prosedurlarda da istifadə olunur.Məsələn üz dərisinin cavanlaşması...
Kriyoterapiyanın üz üçün faydaları nələrdir?
Kriomasaj dəridə qan dövranını artırmağa kömək edir, onu tonlayır və maye azotun qısa müddətli təsirindən qan damarlarının daralması və genişlənməsi səbəbindən ümumi vəziyyəti yaxşılaşdırır. Nəticədə dəri daha elastik və hamar olur, təbii cavanlaşma prosesləri başlayır.
Kriyoterapiya soyuq müalicədir. Xəstə ayaq üstə və ya uzanmış vəziyyətdədir və ona soyuq havanın daxil olduğu bir sensor yönəldilir. Bədən ağrılarından qurtulmağa kömək edir və həmçinin sağlam dərini saxlamağa kömək edir.
Əslində bu üsul qan dövranının yaxşılaşdırılmasına xidmət edir və oynaqlarda,əzələlərdə qan dövranı yaxşılaşdığı müddətdə daha yaxşı işləmə funksiyasına malik olur.
Fizioterapiyada istifadə olunan krioterapiya kursu 30 seansdan ibarətdir. Müntəzəmlik və rejim müalicə edən həkim tərəfindən müəyyən edilir.
Kosmetoloji prosedurlarda isə,Seboreya, rosacea, sızanaqlar üçün kompleks krioterapiya (yerli və ümumi) 15-20 seansdan ibarət 1 müalicə kursunu tamamlamağı nəzərdə tutulur.
Bu prosedurun başqa adı isə kriosaunadır.
Sadə dildə desək kriosauna bir çox xəstəliklərdən və estetik problemlərdən xilas olmaq üçün təsirli bir üsuldur. Soyuqdan dərman məqsədləri üçün istifadə qədim zamanlardan məlumdur. Soyuq terapiya ənənələri bu günə qədər davam etmişdir. Əldə edilməli olan terapevtik təsirdən asılı olaraq, həm bədənin ayrı-ayrı hissələrinə, həm də bütövlükdə bütün bədənə soyuq tətbiq üsulları hazırlanmışdır. Aşağı temperaturlar geniş diapazonda istifadə olunur.

Onurğa xəstəliklərinin müalicəsində istifadə olunan-Krioterapiya.Həkim məsləhəti
Maye azotdan istifadə edilən kriyoterapiya -180C temperatura qədər soyudulmuş kriogen qaz, azot ilə orqanizmin dərisinin qısamüddətli təmasına əsaslanan terapevtik üsuldur.
Yəqin sosial şəbəkələrdə və efirlərdə görmüsüz ki,insanlar buzlu suya girir və bir neçə saniyə orada qalır.
Təbii ki,bunun bütün orqanizmə xeyiri var.
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi sizə müxtəlif fizioterapiya kursları ilə bərabər krioterapiya ilə müalicə metodlarını tətbiq edir.Hazırda klinikada onurğa xəstəliklərinin müalicəsində yaxşı nəticələr əldə olunub.
Sonda Nərminə Abbasova pasientlərə öz məsləhətini verdi:
Soyuq terapiyadan maksimum fayda əldə etmək istəyirsinizsə, bu halda kriosauna seansları və fiziki məşqlərin birləşməsi çox yaxşı effekt verir. Ardıcıllıq çox vacibdir: əvvəlcə soyuq terapiya, sonra fiziki məşqlər.

Kriyoterapiya vasitəsilə bədəninizi sərtləşdirin, rifahı yaxşılaşdırın, bədən tonusunu artırın, məşqdən sonra əzələ ağrılarını azaldın, xroniki yorğunluq sindromunu aradan qaldırın, qırışlardan və selülitdən qurtulun, depressiyanı, stressi aradan qaldırın, maddələr mübadiləsini normallaşdırın.
Müalyinə və müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə müraciət edə bilərsiz.
Tel: (012) 464 86 93; 464 86 94; 464 86 95
Mob: (051) 866 02 20; (051) 567 66 96
Ünvan: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.



REKLAM