sehiyye.info

Azərbaycanda elektron siqaret və "vape" qadağan ediləcək? - Ekspertlər şərh etdi

Azərbaycanda elektron siqaret və "vape" qadağan ediləcək? - Ekspertlər şərh etdi
Məlum olduğu kimi, bir müddət deputat Tahir Mirkişili Mlli Məclisin plenar iclasındakı çıxışında elektron siqaret və "vape"lərin ölkədə qadağan olunması ilə əlaqədar təkliflə çıxış edib.

Deputat mövzu barədə araşdırma apardığını və bu cür tüstü məhsullarının gələcəkdə gənc nəsillər üçün ciddi fəsadlar yarada biləcəyinə işarə edib, habelə Azərbaycanın elektron siqaret və "vape" kimi zərərli məhsulları istehsal etməyini də dilə gətirərək sözügedən idxal məhsullarının ölkədə qadağan edilməsiylə əlaqədar təşəbbüs göstəriləcəyini anons edib.

Bəs, görəsən Azərbaycanda bu hal baş verərsə, mövcud situasiyanın iqtisadiyyata hansı müsbət və mənfi təsirləri ola bilər?

Məsələ ilə əlaqədar açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Azərbaycanda tüstü məhsullarının qadağan edilməsi ehtimalı iqtisadiyyata pozitiv və neqativ təsir etməyəcək:


"Qeyd etdiyiniz halın iqtisadiyyata pozitiv və neqativ təsirini düşünmürəm. Buna səbəb isə danışdığımız gözlənilən prosesin alternativlərinini olmasıdır. Yəni, digər formada ölkəyə idxal həyata keçiriləcəkdir. Müəyyən qadağalar tütün istehsalçıları istiqaməti üzrə bu sahədə daha böyük canlanma yarada bilər. Amma əhalinin sağlamlığı baxımından, mən düşünürəm ki, istər məhdudiyyətlər, istərsə də bu qəbildən olan digər addımları birmənalı olaraq dəstəkləyirəm və bunun iqtisadiyyata hər hansısa bir zərər vuracağını düşünmürəm".

Yarana biləcək iqtisadi duruma münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında bildirib ki, elektron siqaretin və hansısa tütün məhsulunun qiymətinin artmasının Azərbaycan iqtisadiyyatı üçün heç bir ciddi təhdidi yoxdur:


"Azərbaycanda elektron siqaretin qadağan olunmasının iqtisadiyyata heç bir ciddi təsiri ola bilməz. Çünki bu məhsulların istehsalı ölkəmizdə müşahidə edilmir. Düşünəndə ki, əgər elektron siqaret qadağan olunsa iş yerləri bağlanar, insanlar işsiz qalar, lakin belə bir hal da gözlənilmir. Sadəcə ölkədə qeyd edilən məhsula qarşı tələbat azalacaq. Vətəndaş görəcək ki, bunu almaq olmur, alternativ məhsuldan yararlanacaq.

Hazırda tüstü məhsullarının qiymətində rüsum tətbiq edilməyib. Əksər halda aksizlər qiymət artımına ciddi təsir göstərir. Əhalinin tələbatında kəskin sıçrayış yoxdur ki, hansısa artıma səbəb olsun. Yaxud dünyada tütün məhsulları kəskin dərəcədə artmayıb ki, qiyməti bahalaşsın. Ona görə də mən indiki halda və yaxın aylarda belə bir qiymət artımı görmürəm".//azxeber



REKLAM