sehiyye.info

Ağciyərlərində deşik əmələ gəldi - Elektron siqaret həvəskarı başqalarına xəbərdarlıq edib

Ağciyərlərində deşik əmələ gəldi -  Elektron siqaret həvəskarı başqalarına xəbərdarlıq edib
25 yaşlı Cozef Lourens dörd il ərzində hər gün elektron siqaret çəkib. Bu yaxınlarda o, ağciyərindəki ağırlaşmalar səbəbilə xəstəxanaya düşüb.


Sehiyye.info xəbər verir ki,indi gənc oğlan başqalarına elektron siqaret (veyp) aludəçiliyinin təhlükələri barədə xəbərdarlıq edir.



Tomoqrafiya gəncin ağciyəri ilə döş qəfəsi arasında sıxışan hava səbəbindən az qala çökdüyünü göstərib. Həkimlər ağciyərlərin düzgün genişlənə bilməməsi səbəbindən təzyiq altında olduğu qənaətinə gəliblər.



O, sosial şəbəkələrində digər siqaret həvəskarlarına siqareti atmaq barədə düşünməyi tövsiyə edib.



"Keçən gün ağciyərimdə bir deşik olduğu aşkarlandı və nəfəs ala bilmədiyim üçün təcili yardım otağına aparıldım"-deyən oğlan əlavə edib ki, xoşbəxtlikdən ölüm təhlükəsi yoxdur.



“Lütfən, özünüzə yaxşı baxın, buna dəyməz”-deyə o xəbərdarlıq edir.//sfera



REKLAM