sehiyye.info

Elektron siqaret çəkənləri müalicə etmək lazımdır - Ciddi təhlükədədirlər

Elektron siqaret çəkənləri müalicə etmək lazımdır - Ciddi təhlükədədirlər
Elektron siqaret - veypinqlər orqanizmə dağıdıcı təsir edir.

Sehiyye.info xəbər verir ki, Kopenhagen universitetinin alimləri veyplərin 90% orqanizmə zərərli təsirini sübut ediblər.

Baxmayaraq ki, məhsul istehsalçıları, hətta bəzən həkimlər insanları tütündən çəkindirərək, sağlamlıqlarını qorumaq üçün elekrtron siqaretlərə təhrik edir.
Son elmi araşdırmalar göstərib ki, veypinq 50% ağciyər xəstəliklərini artırır.

Eləcə də damarlarda tromb yaradaraq, ürək-damar, cinsi problemlər, ereksiya zəifliyi yaradır.

Veypinqin 71% halda ürək tutması, insult, 59% halda stenokardiyaya səbəb olduğu sübut olunub.

Əgər insan müəyyən müddət elektron siqaret çəkibsə və ya hazırda da veypinq çəkirsə, onun ciddi müayinəyə və müalicəyə ehtiyacı var.
Orqanizmin məhv olması baxımından bu adamların siqaret, tütün çəkənlərdən fərqi yoxdur.//medicina



REKLAM