sehiyye.info

Elektron siqaretdən ilk ölüm faktı qeydə alındı.

Elektron siqaretdən ilk ölüm faktı qeydə alındı.
Elektron siqaretdən zərər görənlərin sayı Viskonsində daha çox oluAmerikada elektron siqaretdən ilk ölüm faktı qeydə alınıb.


Sehiyye.info xəbər verir ki, Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın İllinoys ştatında bir kişi siqaret çəkdiyinə görə ağır tənəffüs problemi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə yerli dövlət səhiyyə idarəsindən məlumat verilib.
Qeyd etmək lazımdır ki, bu, elektron siqaretdən baş vermiş ilk ölüm halıdır. Bundan başqa, son həftələrdə elektron siqaret çəkdiyinə görə nəfəsalma problemi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 2 dəfə artıb. Xəstəxanaya 17-38 yaşlarında 22 nəfər yerləşdirilib.

Elektron siqaretdən zərər görənlərin sayı Viskonsində daha çox olub. Belə ki, burada 12 nəfər xəstəxanaya yerləşdirilib. İllinoysda 6, Minnesotada 4 nəfər elektron siqaret çəkdiyinə görə həkim müdaxiləsinə ehtiyac duyub.




REKLAM