sehiyye.info

Ekvadordan ABŞ-a təyyarə ilə gəlmiş 13 tələbə xəstəxanaya yerləşdirilib

Ekvadordan ABŞ-a təyyarə ilə gəlmiş 13 tələbə xəstəxanaya yerləşdirilib
Ekvadordan təyyarə ilə ABŞ-a gələn 13 tələbə uçuş zamanı özlərini pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Sehiyye.info AZƏRTAC -a istinadən xəbər verir ki, “American Airlines” aviaşirkətinin xidmət etdiyi 1201 nömrəli reyslə Mayamidən Bostona uçan təyyarə aprelin 21-də saat 9:20 radələrində Bostondakı “Logan International Airport” hava limanında yerə enib. Aeroportda pasiyentləri Bostonun təcili yardım bölmələrinin maşınları gözləyirdi. Tələbələr dərhal “Massachusetts General Hospital” xəstəxanasına çatdırılıb. Bu 13 nəfərin hamısı Mayamidə həmin təyyarəyə minəndən əvvəl Qalapaqos adalarına və Ekvadora səfərdən qayıdan 40 nəfərlik tələbə qrupunun üzvləri olub.

Tədris müəssisəsinin nümayəndələri bildiriblər ki, 13 nəfərin hamısı eyni yemək qəbul edəndən sonra onların halı pisləşib. Qrup üzvləri şübhələnirlər ki, tələbələr Cənubi Amerikada nadir virusa yoluxa bilərlər. Digər tələbələr buna oxşar simptomlar barədə şikayətlənməyiblər. 13 tələbənin vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.



REKLAM