sehiyye.info

Ürək xəstələri üçün ən təhlükəli saat

Ürək xəstələri üçün ən təhlükəli saat
Ürək-damar xəstələri üçün günün ən təhlükəli saatı səhərdir.

Sehiyye.info xəbər verir ki, səhər saatlarında trombositlərin aktivliyi artır, bir-birinə yapışır. Məhz bu saatda insult və infarktların sayı artır.

Elmi araşdırmalara görə, qanın trombositlərin fəaliyyəti orqanizmin daxili bioritmi və saatı ilə tənzimlənir.

Trombositlər aktivləşəndə qanın laxtalanması prosesi də artır və nəticədə damarı tromb tuta bilir.

Hətta inkişaf etmiş ölkələrdə də infarkt və insutların çoxu səhər saatlarına təsadüf edir.

Əksər hallarda axşam xəstə normal olur, səhər birdən baş verir.

Alimlər səhərlər trombositlərin funksiyası ilə sirkad ritm arasındakı mexanizmi öyrənib, vəziyyəti nəzarətə almaq istəyir.

Orqanizmin daxili sirkad ritminin ürək-damar xəstəliklərinə təsiri də araşdırılmalıdır.(Medicina.az)



REKLAM