Plazmaferez - qanın təmizlənməsi nə üçün önəmlidir
Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran pataloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.
Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır.
Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır.
Plazmaferz nəinki qanı həmçinin hüceyrə və toxumalarıda patoloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) patoloji maddələrdən təmizləyir.