Nə üçün təzyiq dərmanlarını və ağrıkəsiciləri səhər saatlarında içmək olmaz?
Bir çox dərman preparatlarının təsiri günün müəyyən saatlarında artır və ya əksinə azalır.
Bu ilk növbədə insan orqanizminin bioloji ritmləri ilə bağlıdır.
Böyük Britaniyanın Uorvik Universitetinin alimləri sübut edir ki, bioloji ritmlər orqanizmin bütün fəaliyyətini kontrol edir. Belə ki, onlar bizə nə zaman yatmaq, dincəlmək və əksinə aktiv olmaq lazımdır diktə edir.
Alimlərin sözlərinə görə təzyiq dərmanlarını səhər deyil, axşam, yatmazdan əvvəl içmək lazımdır ki, bu hipertoniya xəstələrinin səhər saatlarında təzyiqin təbii olaraq qalxmasından xilas edəcək. Məhz bu qaydaya əməl etməklə əksər hallarda sübh saatlarında baş verən ürək tutmaları və insultun riskini azaltmaq mümkündür.
Sehiyye.info The Daily Mail-ə istinadla xəbər verir ki, həmçinin mütəxəssislərin sözlərinə görə, səhər saatlarında analgetikləri, məsələn parasetamolu da içmək ziyanlıdır. Səhər saatlarında qaraciyərdə enzimlərin səviyyəsi yüksək olur və preparat daha tez bir müddət ərzində mənimsənilir, onun konsentrasiyası maksimuma çatır və nəticədə orqanizmə olan toksiki təsiri də artır.
Digər tərəfdən vitamin preparatlarının bir çoxu məhz günün 1-ci yarısında içilməlidir ki, bu onları daha effektli edir.Fins.az