sehiyye.info

Anemiyanın qarşısını alan qidalar - HƏKİM AÇIQLADI

Anemiyanın qarşısını alan qidalar - HƏKİM AÇIQLADI
Endokrinoloq Yekaterina Yanq anemiya üçün ən yaxşı 5 məhsulu a,;qlay;b/

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, ən çox rast gəlinən anemiya və ya qanda aşağı hemoglobin problemi dəmir çatışmazlığı ilə yanaşı, B vitaminləri, C vitamini, eləcə də protein səviyyəsinin aşağı olmasıdır.

Onun sözlərinə görə, bu baxımdan qan azlığı üçün zülallı qidaların qəbulu vacibdir:

“Bu, bədənin dəmir anbarı olan ferritin və dəmiri daşıyan transferrinin sintezi üçün lazımdır. Dəmir çatışmazlığı üçün faydalı qidalar siyahısına donuz və mal əti qaraciyəri, mal əti dili, dovşan, hinduşka, dana əti və yumurta daxildir. Bundan əlavə, göyərti, müxtəlif növ kələm, dəniz məhsulları və midye, həmçinin sitrus meyvələri daxildir”.//lent.az



REKLAM