sehiyye.info

"Plastik yeyib-içirik" - HƏKİMDƏN SOS

"Plastik yeyib-içirik" - HƏKİMDƏN SOS
Torpaqda qalan plastiklər müxtəlif təbii və insan faktorlarının təsiri nəticəsində zamanla daha kiçik hissəciklərə parçalanır. Onlar tamamilə torpağa çökür. Bunlar zamanla yetişdirilən məhsullara və suya keçir və biz buna mikro və nano plastiklər deyirik. Mikro və nano plastiklərin tarlada yetişdirilən məhsullara ötürüldüyünə dair çoxlu sübutlar var. Bir çox elmi araşdırmalar da bunu sübut edib. Bu mikro və nano plastiklər canlılara və torpaqda yetişən məhsulları yeyən insanlara ötürülür. Tərkibində plastik olan məhsulları yeyən insanların bədənləri dərhal çirklənir. Bu, təkzibolunmaz bir həqiqətdir.
Sehiyye.info xəbər verir ki, bu sözləri Çukurova Universitetinin Su məhsulları fakültəsinin Su elmləri üzrə dosenti, Dr. Sedat Gündoğdu deyib. Gündoğdu bildirib ki, əkin zamanı plastikdən istifadə edilən kahıdakı mikroplastik hissəciklərin insanlara keçə biləcəyinə dair çoxlu sübutlar mövcuddur.

"Cəmi bir litrlik plastik butulkada 300 min nano plastikin su içən şəxsin bədəninə daxil olduğunu göstərən hesabatlar var. Bu miqdarın daha da çox ola biləcəyi istisna olunmur. Bir insan bir gündə bir neçə litr qablaşdırılmış su içir. Beləliklə, mikro və nano plastiklər bədəninə daxil olur. Bunun qarşısını almağın yeganə yolu plastikin istehsalını və istifadəsini, xüsusilə qida ilə təmasını məhdudlaşdırmaqdır. Əks halda plastik istehlakı və istehsalı davam etdikcə, bu göstəricilər günü-gündən artacaq".//publika



REKLAM