Dünyada ilk – İnsan ürəyində mikroplastik tapıldı
Alimlər ilk dəfə qida qablaşdırması və boyalarda istifadə olunan mikroplastik hissəciyini insan ürəyində aşkarlayıb.
“Medicina” xəbər verir ki, Pekində Ançjen xəstəxanasının həkimləri ürək əməliyyatı keçirmiş 15 xəstənin ürək toxumasından nümunələri təhlil ediblər.
Dəhşətlisi odur ki, mikroplastik bütün nümunələrdə aşkarlanıb.
“Hesab edirik ki, insanlar mikroplastiki tənəffüs yolu və ya qida yolu ilə qəbul ediblər. Lazer vizualizasiyası ilə ürəkdə 10-dan 1000- qədər ayrı-ayrı plastik hissəcikləri aşkarladıq. Onların miqdarı pasiyentə görə dəyişirdi. Belə deməyə əsas var ki, artıq əksər insanların ürəyinə mikroplastik gedib çıxıb” – deyə tədqiqat müəllifi məlumat verib.
Bu vaxta qədər plastik ağciyər, beyin və qanda aşkarlanmışdı.
Mikroplastik – plastikin 5 mm-ə qədər ölçüdə mini hissəcikləridir. Onlar birincili və ikincili olur, su, qida, hava ilə orqanizmə daxil olur, toxumalarda ilişir.