sehiyye.info

53 yaşlı qadının onurğa kanalından törəmə xaric edilib

53 yaşlı qadının onurğa kanalından törəmə xaric edilib
Onurğa kanalında rast gəlinən törəmələr, adətən, xoşxassəlidirlər.
Yavaş böyüyüb, onurğa beynini ciddi sıxıb, ətraflarda gücsüzlük, keyimə və yerimənin çətinləşməsi ilə müşahidə edilə bilirlər.
Bəzən MRT müayinəsində onurğa beyninin törəmə tərəfindən dramatik sıxılması görülsə də, əksər hallarda müvafiq müalicə ilə xəstələrdə sürətli və mühüm dərəcədə yaxşılaşma baş verməkdədir.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 53 yaşında qadın pasiyentdə son bir ildə sağ ətraflarda gücsüzlük yaranmış və sürətlə artıb, yeriməsi pozulmuşdur, sağ yuxarı ətrafa şiddətli ağrı yayılmaqda idi.
Çəkilmiş boyun MRT-də birinci və ikinci boyun fəqərəsi səviyyəsində onurğa kanalının böyük hissəsini doldurub onurğa beynini ciddi sıxan törəmə aşkar edildi.
Neyrocərrah Azər Əkbərov tərəfindən törəmə mikroskopik yolla çıxarıldı.
Əməliyyatdan dərhal sonra sağ yuxarı ətrafa yayılan ağrı keçib və gücü mühüm dərəcədə artıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



REKLAM