Yenə bayram,yenə çox yemək...
Bu gün bayramdır,Bayram süfrələrimizi müxtəlif yeməklər bəzəyir.Xalqımız yeni ili qeyd etmək üçün gecə saatlarına qədər,hətta səhərə qədər süfrə arxasında oturur.Ləziz yeməklərdən yeyərək,qazlı və spirtli içkilərdən qəbul edərək orqanizmə zülm etmiş olurlar.
Necə deyərlər," Çox yemək və tox olmaq şeytanın (lən) qəlbə hakim olmasının yollarından biridir, baxmayaraq ki, yemək halal olsa belə."
Sehiyye.info bildirir ki, yeməyi çox yemək həzm sistemini həddən artıq enerji sərf etməklə işləməsi deməkdir.Ağırlaşma ,halsızlıq,köp,ürəkbulanması və s.kimi hallar yarana bilər.Bundan əlavə,müxtəlif yeməklərin tərkibi müxtəlif olduğu üçün mədə bu qarışıq qidaları həzm etməyə çətinlik çəkir.Bəzi hallarda zəhərlənmə halları da baş verə bilər.Məsləhət görülür ki,bayram günü həmişəki kimi,adi qaydada qida qəbul edəsiniz.Spirtli və qazlı içkilərdən az istifadə edəsiniz.Sağlamlıq üçün önəmli olan odur ki,istifadə etdiyiniz qidalar ekoloji təmiz və vitaminlərlə zəngin olsun.