Hansı simptomlar nədən xəbər verir

Sağlam yaşamaq üçün orqanizm saat kimi işləməlidir.Təəssüf ki,getdikcə xəstəliklərin,eləcə də müxtəlif simptomların artdığı müşahidə olunur.
Bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova öz fikirlərini sehiyye.info saytına bildirdi.
Son zamanların ən çox verilən sualların əsasın təşkil edən səbəblərdən biri olan xroniki yorğunluq sindromudur.
Hamımız həyatımızda ağır, gərgin işdən sonra və ya yuxusuz kecirilmiş müəyyən zamandan sonra güclü yorğunluğ vəziyyətini yaşamışıq. Adətən yorğunluq yaxşı istirahətdən və rahat yuxudan sonra keçir. Ancaq əgər yorgunluq simptomları keçmirsə, bu sizin orqanizminizdə baş verən hər hansı bir prosesin baş verməsindən xəbər verir.
Xroniki Yorğunluq Sindromunun simptomları
Yorğunluq halı yaxşıca dincəldikdən və ya məzuniyyətlərdən sonra tez-tez keçir. Sizə sadəcə orqanizminizə istirahət etməyə imkan vermək lazımdır, və o özünü tam bərpa edərək işləməyə yenidən başlayacaq.
Ancaq bu yorgunluq halı uzun müddət sizi narahat edərsə mütləq həkimə müraciət edin.
Xroniki Yorğunluq Sindromunun simptomlarına , yorgunluq hissinin özündən başqa, aşağıdakı simptomlar da aid ola bilər:
yaddaşın və diqqətin konsentrasiyasında çətinlik halları
faringit
boyunda və qoltuqaltı sahədə boyumuş və iltihablaşmış limfatik düyünlər
əzələlərdə ağrılar
oynaqlarda ağrılar
güclü baş ağrıları
yuxu problemləri
adi iş və ya dərs günündən sonra 24 saat davam edən yorgunluq halı.
Bəzən Xroniki Yorğunluq Sindromunun müəyyən etmək və diaqnoz qoymaq çətin olur, çünki onun simptomları bir çox başqa xəstəliyin simptomlarıyla oxşardırlar. Əvvəlcə sizin həkiminiz bütün başqa mümkün ola biləcək xəstəliklərin olmadığını müəyyən etməlidir. Xroniki Yorğunluq Sindromunun deqiqləşməsi üçün belə xroniki yorulma halı 6 ay davam etmiş olması bu diaqnozun qoyulmasının əsas meyarıdır. Xroniki Yorğunluq Sindromu çox vaxt depressiyayla müşayiət olunur.
Xəstəlikləri aşkar etmək üçün bədəninizə qulaq asın
Orqanizm funksiyalarında hər gün və ya müəyyən dövrlərdə baş verən dəyişikliklər adi hallarla yanaşı, xəstəliyin xəbərçisi də ola bilər. Bədən funksiyalarında dəyişikliklər insana və ya xəstəliyə görə dəyişə bilər. Orqanizmin verdiyi siqnalları dinləmək və onlara diqqət yetirmək, vaxtında həkimə müraciət etmək erkən diaqnoz və müalicədə mühüm rol oynayır.
Ani çəki dəyişikliklərinə laqeyd yanaşmaq olmaz.
Qidalanmanızda heç bir dəyişiklik olmasa da, qısa müddətdə qeyri-adi dərəcədə arıqlamaq metabolik xəstəliklərin əlaməti ola bilər. Qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, mədə və bağırsaq xəstəlikləri, xərçəng, infeksiyalar ani kilo itkisinə səbəb ola bilər. Yorğunluğun arxasında müxtəlif səbəblər ola bilər.
Yorğunluq ən çox görülən şikayətlərdən biridir. Adətən stress, depressiya, keyfiyyətsiz yuxu, əhval-ruhiyyənin pozulması kimi səbəblərdən olur. Ancaq istirahətə baxmayaraq bir neçə gün keçməyən yorğunluq hissi altında xroniki ağciyər, ürək, böyrək xəstəlikləri və ya dəmir və vitamin çatışmazlığı ola bilər. Anemiyaya bağlı yorğunluq hissinin altında anemiyaya səbəb olan xərçəng xəstəliyi ola bilər. Nevroloji və əzələ revmatik xəstəliklərdə yorğunluğun səbəblərindəndir.
Başınızın ağrıma səbəbi hər zaman stress olmaya bilər
Baş ağrıları ümumiyyətlə stress və yorğunluq səbəbindən yaşanır. Yüksək qan təzyiqi, sinüzit, boyun osteoxondrozu baş ağrısının səbəblərindəndir. Görmə və iybilmə pozğunluqları ilə müşayiət olunan ağrı miqrenlə əlaqəli ola bilər. Artan baş ağrısı ilə müşayiət olunan ürəkbulanma, qusma, tarazlığın pozulması və şüurun dəyişməsi beyin qanaması və ya başda ağır xəstəliklətin xəbərçisi ola bilər.
Əgər istirahət edərkən sinəniz ağrıyırsa, ürəyinizi yoxlayın
Sinə ağrısının bir çox səbəbi ola bilər. Yaşanan bütün sinə ağrısı ürəklə əlaqəli olmaya bilər. Mədə və qida borusu xəstəliyi və ağciyər infeksiyaları sinə ağrısına səbəb ola bilər. Ancaq istirahətdə və ya normal sürətlə yeriyərkən sinədə olan ağrı ciddi ürək xəstəliklərinin əlaməti ola bilər. Ağrı ilə müşayiət olunan döş qəfəsində təzyiq hissi, bel, boyun və ya qola yayılan ağrı ürək xəstəliklərinin olma ehtimalını artırır.
Müalyinə və müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə müraciət edə bilərsiz.
Tel: (012) 464 86 93; 464 86 94; 464 86 95
Mob: (051) 866 02 20; (051) 567 66 96
Ünvan: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207