sehiyye.info

Nə üçün yorğun oyanırıq? -səbəblər müxtəlifdir.

Nə üçün yorğun oyanırıq? -səbəblər müxtəlifdir.
Bəzi insanlar yuxudan doymur,ayılanda isə yorğun olurlar.Sanki bütün günü işləyiblər.
Bunun səbəbinin müxtəlif xəstəliklərlə əlaqələndirmək olar.
Sehiyye.info xəbər verir ki,əsas amillərdən biri orqanizmdə dəmir çatışmazlığı ola bilər.

Dəmir çatışmazlığı zamanı hüceyrələrdə oksigen çatışmazlığı yaranır, insan özünü yorğun hiss edir. Bundan əlavə, əzələ ağrıları, nəfəs darlığı, saralmış dəri simptomları ortaya çıxır.

İkinci səbəb diabetdir.

Şiddətli diabet zamanı yorğunluq halı müşahidə edilir. Aclıq, susuzluq, quru dəri, çəki itkisi müşahidə olunur.

Üçüncü səbəb alzheimer xəstəliyi ola bilər.

Alzheimer xəstəliyi zaman yorğunluq halı müşahidə oluna bilir. Gün ərzində yorğun hiss etməyin bu xəstəliyin erkən işarəsi ola bilər. Qısamüddətli yaddaş itkisi də müşahidə olunur.

Ən çox rast gəlinən və fərziyyə olunan səbəb isə xroniki yorğunluq sindromudur.

3-4 ay ərzində key kimi hiss edirsinizsə, xroniki yorğunluq sindromuna tutulmuş ola bilərsiniz. Digər göstəriciləri; oynaq ağrısı, əzələ ağrısı, baş ağrısı, diqqət çatışmazlığı.



REKLAM