sehiyye.info

Sumqayıtda yeniyetmə qripdən ölüb? - Açıqlama

Sumqayıtda yeniyetmə qripdən ölüb? - Açıqlama
Sumqayıtda yeniyetmənin qripdən öldüyü ehtimal edilir.
Sehiyye.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.
Yaxınlarının APA-ya açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.//APA



REKLAM