sehiyye.info

Yeniyetmə yuxusuzluqdan dünyasını dəyişib

Yeniyetmə yuxusuzluqdan dünyasını dəyişib
Rusiyanın paytaxtı Moskvada on altı yaşlı yeniyetmə yuxusuzluqdan ölüb.

Sehiyye.info xəbər verir ki,bu barədə REN TV məlumat yayıb.

Yeniyetmənin meyiti Yujnobutovskaya küçəsindəki mənzildə tapılıb. Qeyd edilir ki, şagird sağalmaz irsi xəstəlikdən - ölümcül ailə yuxusuzluğundan əziyyət çəkirdi.

Ölümcül irsi yuxusuzluq (FFI) nadir, sağalmaz, neyrodegenerativ prion xəstəlikdir və dünyada yalnız bir neçə ailə bu xəstəlikdən əziyyət çəkir.

Xəstəlik 13-60 yaş arasında başlayır. Xəstəliyin maksimum ömrü 36 aydır. Son mərhələdə xəstə danışmağı dayandırır və ətraf mühitə reaksiya vermir.//azmedia



REKLAM