sehiyye.info

Sumqayıt sakini yüksək dozada narkotikdən öldü

Sumqayıt sakini yüksək dozada narkotikdən öldü
Sumqayıtda 36 yaşlı kişi normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.
Arasdırma.info APA-ya istinadla xəbər verir ki, hadisə şəhər xəstəxanasında baş verib.
Sumqayıt sakini 1987-ci il təvəllüdlü Ruslan Əzizağa oğlu Verdiyev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Verdiyev şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R. Verdiyev dünyasını dəyişib.



REKLAM