sehiyye.info

Kişilərə xəbərdarlıq: Ciddi xəstəliklərin əlamətləridir

Kişilərə xəbərdarlıq: Ciddi xəstəliklərin əlamətləridir
Erektil disfunksiya (ED) 30-70 yaş arası kişilərin 30%-də cinsi pozğunluqların əsasını təşkil edir. Ancaq bu problem digər ciddi xəstəliklərin də əlamətləri ola bilər.
Sehiyye.info xəbər verir ki, bu sözləri "Passion.ru" portalına Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun uroloqu Nikita Starodubçev məlumat verib.

Onun sözlərinə görə, erektil disfunksiya ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya, böyrək və qaraciyər çatışmazlığı, sinir, psixi, endokrin və uroloji xəstəliklər nəticəsində yarana bilər. Mütəxəssis, kişilərin 40%-nin olduğu statistikaya diqqət çəkib və bildirib ki, son 10 ildə erektil disfunksiya əlamətləri fonunda koronar ürək xəstəliyinin formalaşdığı və ya miyokard infarktı inkişaf etdiyi müşahidə edilib.

O, vurğulayıb ki, erektil disfunksiyanın müalicəsində kompleks yanaşmaya riayət etmək lazımdır: yəni təkcə uroloq deyil, həm də terapevt, kardioloq, endokrinoloq tərəfindən müşahidə edilməlidir. Yalnız bu yanaşma gələcəkdə sağlamlığı mənfi nəticələrdən qorumağa kömək edəcək.//publika



REKLAM