sehiyye.info

Prostat xərçəngi həm də UTANCAQLIĞIN fəsadı imiş

Prostat xərçəngi həm də UTANCAQLIĞIN fəsadı imiş
Kişilərdə prostat vəzin iltihabı ilə onun prostat xərçənginə çevrilməsi arasında bir addım var. Bəs bu təhlükəni vaxtında necə müəyyən etmək mümkündür?

Sehiyye.info Publika.aza istinadən oxucuları mövzu ilə bağlı uroloq-androloq, reproduktoloq, tibb elmləri doktoru Xədicə Qocayevanın fikirləri ilə tanış edir.

Tanınmış uroloq deyir ki, xəstəlik başlanğıc mərhələdə özünü biruzə verməyə bilər, amma potensiyanın zəifləməsi və sidik ifrazı problemləri – artıq xəstəliyin ilkin əlamətləri hesab olunur:

“Bu mərhələdə ləngimədən müalicəyə başlamaq lazımdır. Əslində impotensiya bu xəstəliyin ən zərərsiz fəsadı sayılır. Daha təhlükəlisi isə - ən çox prostat vəzin xərçənginə gətirib çıxaran prostatın adenomasıdır. Yəni, prostatit olan hər kişidə impotensiya yaranır. Kimdəsə tez, kimdəsə gec, amma, bütün hallarda fəsadı eynidir”.

Prostatitin ilkin əlamətləri:

 Tez-tez sidik ifrazı istəyi;

 Potensiyanın zəifləməsi (erektil disfunksiya);

 Sidik ifrazında problemlər;

 Qasıq və beldə xoşagəlməz hiss və ağrılar.

Professor F.Qocayevanın sözlərinə görə, prostat xərçəngi prostatitin son mərhələsində yaranır:

“Prostatiti müalicə etməyib onunla yaşayan kişilər faktiki olaraq "odla oynayır". Əgər normal kişi uzun ömürə, yaxşı ereksiyaya sahib olmaq istəyirsə, prostatiti müalicə etməlidir. Həm də buna mümkün qədər tez başlamalıdır. Problem ondadır ki, bu xəstəliyə düçar olan kişilərin əksəriyyəti həkimə müraciət etmir. Bir qismi onu təhlükəli saymır, digər qismi isə utanır. Kömək üçün həkimə üz tutanlar isə bunu çox gec, artıq xərçəng şişinin inkişaf etdiyi mərhələdə edirlər”.

Uroloq xüsusi olaraq vurğulayır ki, prostatitin əsas təhlükəsi onun prostat xərçənginə çevrilə bilməsidir:

“Utancaqlıq və səhlənkarlıq ucbatından nəzarətsiz və müalicəsiz qalan bu xəstəlik sürətlə inkişaf edir və bir-iki ilə ölümcül xərçəngin yaranmasına gətirib çıxarır”.



REKLAM