İntim həyatdan tam imtina hansı xəstəliklərdən xəbər verir?
Dünyada milyonlarla insan var ki, həyatından intim münasibəti çıxarır, istəmir və bundan imtina edir.
Bu seçimə səbəb olan problem nədir? İntim əlaqədən soyuma hansı xəstəliklərdə baş verir?
Aparılan tibbi araşdırmalar göstərib ki, seksual baxımdan aktiv olmayanlar həyatda keyfiyyətli yaşaya bilmir, stress, təşviş və sosial problemlərdən əziyyət çəkir.
Eyni zamanda qadınların daha tez-tez və daha çox seksdən imtina etməsi məlumdur. 40% hallarda bu seks zamanı ağrı – vulvodeniya səbəbindən, eləcə də psixoloji səbəblər, depressiya və bəzi hormonal problemlərdən baş verir.
Bəzi xəstəliklər və yaşla bağlı libid səviyyəsi də azalır.
Kişilərdə isə seksdən soyuma, yayınma erektil disfunksiya və xroniki xəstəliklər səbəbindən baş verir. Erektil disfunksiya heç də 50-60 yaşlı kişilərdə olmur. Tam sağlam görünən, gənc kişilərdə də bu xəstəliklər ola bilir.
Seksdən imtinanın tibbi səbəbləri sırasında ürək-damar xəstəlikləri, infarkt, xroniki bel, sinir ağrıları hansı ki, xəstəyə imkan vermir ki, əlaqənin vaxtını ürəyi istədiyi həddə çatdırsın və arzuladığı pozanı seçsin.
Piylənmə, diabet, diabetin ağılaşmaları da seksual həyata mənfi təsir edir. 15 il diabet olan kişilərdə artıq erektil disfunksiya başlayır.
Fizioloji səbəblər olsa da, seksdən imtina insanın sosial ünsiyyətini yaralayır, özünü ifadəsini aşağı salır, tənhalıq və depressiyaya salır.
Əgər xəstə məcburdursa, müalicə müddətində seksdən imtina edə bilər. Amma bu şüuraltı və psixoloji imtina olmamalıdır. Əksinə o beynində intim əlaqəni arzulamalıdır. Əgər seksdən imtina insanın psixikası, həyat keyfiyyətinə mənfi təsir edirsə, burda artıq seksopatoloq və psixoloq dəstəyi mütləqdir. (medicina.az)