sehiyye.info

Milyonluq narkotik vasitəni səhvən başqasına göndərdilər

Milyonluq narkotik vasitəni səhvən başqasına göndərdilər
Almaniya polisi Brandenburqda banan qutuları arasında gizlədilmiş 660 kiloqram narkotik vasitə olan kokain aşkar edib.

Sehiyye.info xəbər verir ki,Lent.az-ın TASS-a istinadla xəbərinə görə, bu barədə yerli poılis məlumat verib.

Hadisənin üstü topdansatışla məşğul olan iş adamının polisə müraciətindən sonra açılıb. İş adamı polisə müraciət edərək banan qutuları arasında naməlum maddə olduğunu bildirib. Araşdırma zamanı həmin maddənin kokain olduğu üzə çıxıb.


Polisin məlumatına görə, narkotik maddə Kolumbiyadan yollanıb. Lakin məhsul səhvən brandenburqlu satıcıya gəlib. Müsadirə edilən narkotik vasitənin ümumi dəyəri 50 milyon avrodur.



REKLAM