sehiyye.info

Səhərlər dartınmağın gözlənilməz faydaları

Səhərlər dartınmağın gözlənilməz faydaları
Yuxudan oyandıqdan sonra dartınmaq sizə təkcə əzələlərinizi xoş şəkildə uzatmağa deyil, həm də bədəninizi işə məhsuldar şəkildə hazırlamağa imkan verir. Nəfəs alma məşqləri ilə birlikdə onlar gigiyenik gimnastika təşkil edirlər.

Sehiyye.info xəbər verir ki, bu sözləri fizioterapevt Vladimir Bondarenko deyib.

"Yuxudan oyananda dartınaraq məşqlərə başlamalıyıq. Uzanmış şəkildə qol, ayaq, kürək əzələləri üçün gərmə məşqləri etməli ​​və bu məşqləri təkrarlamalıyıq. Səhər məşqləri sinir sistemini də hərəkətə gətirməyə imkan verir. Bundan sonra biz qaçmağa və işləməyə hazırıq”, - mütəxəssis əlavə edib.

Həkimin sözlərinə görə, tənəffüs məşqlərinə laqeyd yanaşmaq olmaz.

"Onlar gecə saatlarında pozulan oksigen və karbon qazının balansını bərpa etməyə imkan verir. Nəticədə bədənin ümumi fiziki vəziyyəti yaxşılaşır", - Bondarenko "Sputnik" radiosuna verdiyi müsahibədə deyib.//publika



REKLAM