sehiyye.info

Nəfəs məşqlərinin sağlamlığa inanılmaz faydaları

Nəfəs məşqlərinin sağlamlığa inanılmaz faydaları
Stanford Universitetinin alimləri tənəffüs məşqlərinin zehinlilikdən daha yaxşı əhval-ruhiyyə və sağlamlığı yaxşılaşdırdığını müəyyən etdilər.

Sehiyye.info xəbər verir ki, tədqiqat “Cell Reports Medicine” jurnalında dərc olunub.

Çoxsaylı elmi araşdırmalar əvvəllər göstərib ki, tənəffüs məşqləri astma xəstələrinin həyat keyfiyyətini normallaşdırır, narahatlığı azaldır, ayıqlıq və öyrənmə qabiliyyətini yaxşılaşdırır. Təxminən eyni təsir zehinlilik təcrübəsi ilə əldə edilir. Bu, müasir psixologiyada tənəffüsə diqqət yetirməklə mövcud təcrübələrin davamlı monitorinqi kimi müəyyən edilən bir anlayışdır, lakin nəfəs məşqlərindən fərqli olaraq, onun qəsdən dəyişdirilməsini nəzərdə tutmur.

Yeni araşdırmada alimlər iki texnikanın effektivliyini müqayisə ediblər. Bunun üçün onlar təcrübə növündən asılı olaraq qruplara bölünən 100-dən çox iştirakçı seçiblər. Təcrübə bir ay davam edib, bu müddət ərzində iştirakçılar hər gün beş dəqiqə məşq ediblər, həmçinin fiziki və psixoloji vəziyyətləri ilə bağlı anket doldurublar.

Nəticədə məlum olub ki, bütün iştirakçılar irəliləyişləri müşahidə ediblər. Ancaq nəfəs məşqləri ilə məşğul olan insanlar ən yaxşı nəticələr əldə ediblər. Müəlliflər nəticənin tənəffüs məşqlərinin idarə olunan tənəffüs vasitəsilə orqanizmin fizioloji vəziyyətinə birbaşa təsir etməsi ilə bağlı olduğunu irəli sürürlər.//publika



REKLAM