sehiyye.info

Türkiyədə pişiyin ürəyində şiş tapıldı - Tibdə ilk

Türkiyədə pişiyin ürəyində şiş tapıldı - Tibdə ilk
Türkiyədə tənəffüs problemi olan pişik Baytarlıq fakültəsi Heyvan Xəstəxanası Klinikasına gətirilib.

Baytar həkimlər Ender Erkoç və Cankan Alpay tərəfindən pişiyin vəziyyəti araşdırılıb. Radioloji görüntüləri araşdırdıqdan sonra həkimlər exokardioqrafiya üsulu ilə pişikdə ürək qapağı şişi aşkar ediblər.

Sehiyye.info xəbər verir ki, prof. Turan Civelek pişiklərdə belə şişin nadir növ olduğunu bildirib. Hazırda vəziyyəti stabil olan pişiyi müalicə etməyə çalışırlar.
Hər yaşda pişik və itlərdə ürək xəstəliklərinə tez-tez rast gəlindiyini deyən T.Civelek ürək şişlərinin pişiklərdə daha nadir olduğunu deyib.//medicina



REKLAM