sehiyye.info

Maskada çox gəzmək xərçəng xəstəliyini aktivləşdirir– ÇİN ALİMLƏRİ

Maskada çox gəzmək xərçəng xəstəliyini aktivləşdirir– ÇİN ALİMLƏRİ
Yuhan Hidrobiologiya institutunun alimləri virusdan qorunmaq məqsədilə insanların taxdığı müxtəlif maskaların xərçəngin inkişafına təkan verəcəyini açıqlayıb.
Alimlərin apardığı tədqiqatlar nəticəsində maska taxılması səbəbindən tənəffüs sistemi və orqanlarına gündəlik mikroplastik hissəciklərin daxil olmasını artırır. Bu hissəciklər maskanın materialındadır.
Ağciyərlərə düşən plastik çox aramla şişir, birləşir və uzun müddətdən sonra həcmi böyüyür.
İmmunitet ağciyərdə yad cisim olduğunu anlayır və ona hücum etməyə çalışır. Bu zaman iltihabi proses artır ki, məhz bu proses zamanı xərçəng şişləri aktivləşir.
Aktivləşdirilmiş kömür tərkibli tibbi maskalarda 4 min plastik lif var. Ən az plastik pambıq, cərrahi, parça maskalarda olur.
Pandemiyanın uzanması ilə insanların maskadan zərrə görməsi müddəti də artır.
Alimlər virusdan qorunmaq üçün maskadan imtina etməməyə çağırıb, amma mümkün qədər az gün ərzində az maskada olmağı tövsiyə edir. Daha çox pambıq, cərrahi maskalardan istifadə edin.//medicina.az



REKLAM