Koronovirus artıq bitib?

Son bir həftə ərzində ölkədə koronavirusa yoluxma sayı azalıb. Ötən gün isə virusa bir nəfər yoluxub.
Sehiyye.info xəbər verir ki,Xezerxeber.az-ın məlumatına görə, həkim -infeksionist Vasif Əliyev deyir ki, son aylarda koronavirusa yoluxma halı müşahidə edilsə də, bu artıq kütləvi hal almır. Çünki artıq insanlarda virusa görə immunitet yaranıb.
“COVID infeksiyası isə dəfələrlə mutasiyaya uğrayıb.”
Həkim infeksionistin sözlərinə görə, kliniki əlamətlərin intensivliyi azalıb, xəstələnib-sağalma müddəti qısalıb, artıq əksər insanlar bu virusu adi qrip kimi keçirir, əmək fəaliyyəti pozulmur.
“Vasif Əliyev xüsusi karantin rejiminin uzadılmasına da diqqət çəkib.”