sehiyye.info

Azərbaycanda yoluxma sayı niyə azaldı? - VİDEO

Azərbaycanda yoluxma sayı niyə azaldı? - VİDEO
Operativ Qərargahın tətbiq etdiyi sonuncu sərt karantin özünün müsbət nəticələrini göstərməkdədir. Koronavirus epidemiyasına yoluxma sayı azalıb, artıq sağalanların sayı yoluxanları üstələyir. Lakin ölüm sayında ciddi azalma müşahidə olunmur.

Son günlərdə koronavirus epidemiyasına yoluxmaların sayında ciddi azalmalar var. Sərt karantin rejimindən əvvəl yoluxanların sayı gün ərzində 4000 nəfərdən çox idi artıq bu say 1600-2000 həddindədir. Mütəxəssislər hesab edir ki, sağalanların sayındakı artımın olması gözlənilən idi.

Bütün bu müsbət tendensiyalara baxmayaraq ölüm sayı azalmır. İnfeksionist həkim Vüqar Tağızadə bunu virusa yoluxan insanların xəstəxanaya müraciət etməkdə gecikmələri ilə əlaqələndirir:

Həkimlər insanlara özlərində neqativ dəyişiklik hiss edəndə həkimə müraciət etməyi, vaxt itirmədən test müayinəsindən keçməyi məsləhət görür. Çünki koronovirus epidemiyasına yoluxma faktı nə qədər tez müəyyən olunsa xəstəliyin də qarşısının alınmağı bir o qədər tez mümkün olacaq.(xezerxeber.az)



REKLAM